Ən çox oxunan xəbərlər

03-02-2012 14:30:27

Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalandı

Bu gün Bakıda Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalandı.

Sənədə Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov, Qırğızıstan tərəfindən isə gənclər, əmək və məşğulluq naziri Aliaspek Alımkulov imza atdı.

Rəhimov qeyd etdi ki, Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir. Gənclərlə bağlı iki dövlət proqramı hazırlanıbdır. Sonuncu proqramda dövlətin gənclər siyasəti ilə bağlı bütün prioritet məsələlər öz əksini tapıbdır: «Eyni zamanda, bu yaxınlarda Gənclər Fondu yaradılıb və ümid edirik ki, bu fond gənclərin inkişafında, onların problemlərinin həllində mühüm rol oynayacaqdır. Azərbaycan gənc ölkədir. Əhalinin 66 faizə qədərini 35 yaşadək olanlar təşkil edir. Qırğızıstanda da gənclərə böyük diqqət göstərilir, gənclər sahəsində iki ölkə arasında əməkdaşlığı genişləndirmək niyyətindəyik».

Alımkulov isə bildirdi ki, Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan ölkədir. Azərbaycanın gənclər sahəsində də kifayət qədər təcrübəsi vardır: "Bu təcrübədən yararlanmaq və iki ölkə arasında gənclər sahəsində əlaqələri genişləndirmək istəyirik".

Qırğızıstanın gənclər, əmək və məşgulluq nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 31-də başlayıbdır. İki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan səfər fevral 3-dək davam edəcəkdir.


TAGS:

   Bookmark and Share

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim ediblər

07.03.12 16:28

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın həyata keçirilməsi üçün plan təqdim ediblər.

Aİ Xəzərdən qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır

07.03.12 16:46

Avropa İttifaqı (Aİ) Azərbaycanın “Şahdəniz” yatağının mənimsənəlməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün seçilən infrastruktur variantının genişlənmə imkanı olmasını vacib sayır.

Digər xəbər başlıqlar