Ən çox oxunan xəbərlər

03-02-2012 14:29:14

Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunubdur

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin təhsil və elm naziri Gintaras Steponaviçiyus ilə görüşübdür.

Xarici İşlər Nazirliyindən “AssA-İradə” xəbər agentliyinə verilən məlumata görə, səfir görüşdə hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildiribdir. O, Avropada təhsil alan azərbaycanlı tələbələrin müxtəlif forum və toplantılarının Litvada keçirilməsi, bununla əlaqədar Avropada təhsil alan azərbaycanlı gənclər üçün Vilnüsün mərkəz olaraq seçilməsi yönündə iş aparıldığı qeyd edibdir.

Görüşdə eyni zamanda, Azərbaycan və Litva universitetlərində qarşılıqlı olaraq elm xadimlərinin mühazirələrlə çıxış etmələri, universitetlər arasında birbaşa əlaqələrin qurulmasının zəruriliyindən danışılıbdır.


TAGS:

   Bookmark and Share

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim ediblər

07.03.12 16:28

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın həyata keçirilməsi üçün plan təqdim ediblər.

Aİ Xəzərdən qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır

07.03.12 16:46

Avropa İttifaqı (Aİ) Azərbaycanın “Şahdəniz” yatağının mənimsənəlməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün seçilən infrastruktur variantının genişlənmə imkanı olmasını vacib sayır.

Digər xəbər başlıqlar