Ən çox oxunan xəbərlər

03-02-2012 14:23:41

Azərbaycanın adının dəyişdirilməsi təklif olunur

Millət vəkilləri parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif etdilər.

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov bildirdi ki, son zamanlar ictimaiyyət arasında Azərbaycanın Şimali Azərbaycan adlandırılması barədə təkliflər irəli sürülür.

"Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri vardır. Azərbaycanın da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan adlandırılması daha məqsədəuyğun olardı", - deyə o bildirdi.

Loyal müxalif mövqeli Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qeyd etdi ki, Azərbaycanın üçdə ikisi Cənubi Azərbaycana, üçdə biri isə Azərbaycan Respublikasına aiddir.

"Ona görə də ölkəmizin adının dəyişdirilib Şimali Azərbaycan qoyulmasına tam əsas vardır", - deyə Həsənquliyev əlavə etdi.

O qeyd etdi ki, Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının iradəsindən kənar qəbul olunduğu üçün ləğv olunmasına nail olunmalıdır.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı çıxışında bildirdi ki, Azərbaycan tarixinə onun bütövlüyü həkk olunsa da, hüquqi sənədlərdə bu, öz əksini tapmır. O dedi ki, növbəti referendum keçirilərsə, Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə Azərbaycanın Şimali, Cənubi və Qərbi Azərbaycandan ibarət olması əlavə olunmalıdır.

1813-cü il oktyabrın 12-də Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da isə Türkmənçay müqaviləsi imzalanıbdır. Hər iki müqaviləyə əsasən tarixi Azərbaycan əraziləri Araz çayı sərhəd hesab olunmaqla bu ölkələr arasında bölüşdürülübdür.

1918-ci il mayın 28-də Rusiya İmperiyasının tərkibində olan Azərbaycan ərazilərində Şərqin ilk dünyəvi demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıbdır. 1920-ci ildən SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikası 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edibdir. Sovet hakimiyyəti illərində Azərbaycanın qərb ərazilərinin müəyyən bir hissəsi Ermənistana verilibdir.

Cənubi Azərbaycan müasir İranın şimal-qərbində yerləşən bölgədir. Orada təxminən 30 milyon azərbaycanlı yaşayır.


TAGS:

   Bookmark and Share

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim ediblər

07.03.12 16:28

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın həyata keçirilməsi üçün plan təqdim ediblər.

Aİ Xəzərdən qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır

07.03.12 16:46

Avropa İttifaqı (Aİ) Azərbaycanın “Şahdəniz” yatağının mənimsənəlməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün seçilən infrastruktur variantının genişlənmə imkanı olmasını vacib sayır.

Digər xəbər başlıqlar