Ermənilər Qarabağ münaqişəsini Avropaya dini münaqişə kimi təqdim etməyə çalışırlar - Azərbaycan səfiri
Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Avropaya dini münaqişə kimi təqdim etməyə çalışırlar. Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin "Limes" qəzetinə müsahibəsində bildiribdir.
"Bu barədə hamının bilməsi çox vacibdir, belə ki, bizim erməni əleyhdarlarımız bu münaqişəni xüsusilə İtaliya olmaqla, Avropaya kiçik xristian dövləti olan Ermənistan və böyük müsəlman dövlətləri olan Azərbaycan və Türkiyə arasındakı münaqişə kimi təqdim etməyə çalışırlar. Lakin ermənilərin Azərbaycanda öldürdükləri qurbanlar arasında təkcə azərbaycanlı-müsəlmanlar olmayıblar, həm də yəhudilər və provaslav rusları olublar. Buna görə də münaqişənin heç vaxt dini tərkibi olmayıbdır. Ermənilər münaqişəni məhz bu cür təqdim etməyə çalışırlar, lakin həqiqət və bu məsələ üzrə mövqeyimiz çox aydındır. Söhbət bir dövlətin digər dövlətə qarşı ərazi iddialarına əsaslanan klassik münaqişədən gedir", - deyə səfir bildiribdir.
Səfir xatırladıbdır ki, Ermənistan ordusu Azərbaycanın 20 faiz torpağını işğal edibdir.
"Təcavüz nəticəsində Ermənistanda etnik təmizləmələr baş veribdir. Belə ki, orada əsrlər boyu yaşayan 250 min azərbaycanlı zorakılıqla qovulubdur. Bununla da bu gün Azərbaycanı monoetnik dövlət hesab etmək olar. Bunun müqabilində hazırda təkcə Bakıda 30 min erməni və çoxsaylı azərbaycanlı-erməni qarışığı olan ailələr yaşayır", - deyə Sadıqov qeyd edibdir.
İkinci mərhələ Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı azərbaycanlıların etnik təmizlənməsi və qovulması oldu. Səfirin sözlərinə görə, söhbət indiki məqamda məcburi şəkildə başqa yerə köçürülmüş şəxslər sayılan 70 min nəfərdən gedir.
Azərbaycan əhalisinin məruz qaldığı Ermənistan təcavüzünün üçüncü elementi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğalıdır.
"Bu insanlar da təcavüzün və deportasiyanın qurbanları olublar. Bunların sayı təxminən 700 min nəfərdir. Beləliklə də biz ümumilikdə Ermənistandan deportasiya edilmiş 250 min nəfərə, Dağlıq Qarabağdan 70 min nəfərə və Dağlıq Qarabağ ətrafında yerləşən rayonlardan isə 700 min nəfərə malikik. Ümumulikdə təxminən bir milyon qaçqın və məcburi köçkünümüz vardır" , - deyə səfir vurğulayıbdır.
Sadıqovun sözlərinə görə, belə vəziyyət 1994-cü ildən dəyişməz olaraq qalır və bu, insan haqlarının yolverilməz pozuntularından biridir. Bu məsələ üzrə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur.
Səfir qeyd edibdir ki, Rusiya son vaxtlar ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq istədiyini sübut edibdir. "Rusiya prezidentləri Azərbaycan və Ermənistanın dövlət başçıları arasında 10-dan artıq görüş təşkil ediblər. Təəssüf ki, 1994-cü ildən işləyən Minsk Qrupu nəzərəçarpacaq nəticələrə nail olmayıbdır" , - deyə Sadıqov bildiribdir.
TAGS:
Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim ediblər
07.03.12 16:28ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın həyata keçirilməsi üçün plan təqdim ediblər.
Aİ Xəzərdən qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır
07.03.12 16:46Avropa İttifaqı (Aİ) Azərbaycanın “Şahdəniz” yatağının mənimsənəlməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün seçilən infrastruktur variantının genişlənmə imkanı olmasını vacib sayır.
Digər xəbər başlıqlar
- Allahşükür Paşazadə ABŞ hərbiçilərinin Qurani-Kərimi yandırmasını pisləyibdir
- Aİ Xəzərdən qazın nəqli üçün seçilən ixrac variantının genişlənmə imkanı olmasını vacib sayır
- \"Azərbaycan Hava Yolları\" İtaliyaya yeni marşrut açır
- Azərbaycanda inşa olunacaq dünyanın ən hündür binasının tikintisi 2 milyard dollara başa gələcəkdir
- Xəzəryanı dövlətlərin işçi qrupunun növbəti görüşü Aşqabadda keçiriləcəkdir
- Azərbaycanın iki hərbçisinin xarici xüsusi xidmət orqanlarına casusluq etdiyi aşkarlanıbdır


