Ən çox oxunan xəbərlər

01-09-2010 20:17:09

Rusiya prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür

BAKI – Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında dünən telefon danışığı olubdur.

«AssA-İradə» xəbər agentliyinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, rəsmilər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Rusiya prezidenti sentyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaqdır. Səfər çərçivəsində Azərbaycanla Rusiyanın dövlət sərhədinə dair müqavilənin imzalanması nəzərdə tutulur.


TAGS: Azərbaycan, Baku, Rusiya, xarici işlər nazirləri, Xələf Xələfov, Qriqori Karasin, Rusiya Xarici İşlər Nazirliyi, Dmitri Medvedev

   Bookmark and Share