Azərbaycan prezidenti beynəlxalq birliyi Ermənistana təzyiqləri gücləndirməyə çağırdı
BAKI – Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırdı. «AssA-İradə» xəbər agentliyinin məlumatına görə, dövlət başçısı bu müraciəti Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən səsləndirdi.
Prezident İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini dedi. “İslam Konfransı Təşkilatı (İKT) bu məsələ ilə bağlı dəfələrlə qətnamələr qəbul etmişdir və o qətnamələrdə Azərbaycanın haqlı mövqeyi dəstələnir. İki il bundan əvvəl BMT-nin Baş Məclisində müzakirə olunan Dağlıq Qarabağ məsələsinə dair qətnamə müsəlman ölkələri tərəfindən dəstəklənmişdir və bu dəstək qətnamənin qəbul olunmasında həledici rol oynamışdır.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Beynəlxalq Birlik tərəfindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və bu o deməkdir ki, məsəlinin istənilən yolla həll olunması Azərbaycanın daxili işidir və heç bir kənar qüvvə məsələyə müdaxilə edə bilməz”, - deyə dövlət başçısı bildirdi.
Dövlət başçısı problemin ölkənin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğuladı.
Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan İ.Əliyev İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən prezident Azərbaycanın da müsəlman dövlətlərində səfirliklərinin sayının getdikcə artdığını dedi.
Azərbaycanla İslam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan prezident İ. Əliyev İKT-nin xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirdiyini qeyd etdi. Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdıran dövlət başçısı Azərbaycanın islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirdi.
Görüşdə iştirak edən diplomatların adından çıxış edən Özbəkistan səfiri İsmətulla İrqaşov Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən ölkə olduğunu dedi. Səfir Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu vurğuladı.
Diplomat İKT-də fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu da qeyd etdi.
TAGS: Azərbaycan, Baku, İlham Əliyev, Ermənistan, Ramazan, Dağlıq Qarabağ, İslam Konfransı Təşkilatı, BMT, Baş Məclisi, Beynəlxalq Birlik tərəfində, İKT, İsmətulla İrqaşov, Cənubi Qafqaz
Azərbaycanın adının dəyişdirilməsi təklif olunur
03.02.12 14:23Millət vəkilləri parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif etdilər.
Ermənilər Qarabağ münaqişəsini Avropaya dini münaqişə kimi təqdim etməyə çalışırlar - Azərbaycan səfiri
03.02.12 14:16Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Avropaya dini münaqişə kimi təqdim etməyə çalışırlar.
Digər xəbər başlıqlar
- Azərbaycanda beş rayonun polis rəisi dəyişdirilibdir
- Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalandı
- Azərbaycanda 30 avtomobil toqquşdu
- Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunubdur
- Azəri-Çıraq-Günəşli yataqlarından neft hasilatı azalır
- Doha-Bakı aviareysi açılır


